Ukraynada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb
Kiyev, 4 iyun, AZƏRTAC
Ukraynada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb. AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada Ukraynada 588 nəfər koronavirusa yoluxub, 12 nəfər isə ölüb, 602 xəstə tam müalicə olunaraq evə buraxılıb. Ukraynada koronavirusa yoluxanların sayında sonuncu dəfə antirekord aprelin 23-də qeydə alınıb - 578 xəstə.
Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 25 min 410 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 747 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 10680-i müalicə olunaraq evlərinə buraxılıb.
Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]