Ukraynada mədəniyyət obyektlərinin bərpası üçün 10 milyard dollara ehtiyac var
Bakı, 11 aprel, AZƏRTAC
Yaxın on ildə Ukraynada mədəniyyət obyektlərinin bərpası üçün təxminən 10 milyard dollara ehtiyac olacaq.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bunun UNESCO-nun Baş direktoru Odri Azule bu ölkəyə səfərindən sonra səsləndirib. Səfər çərçivəsində O.Azule mədəni obyektlərə, o cümlədən dağılmış və ya zədələnmiş ərazilərə baş çəkib.
UNESCO-nun təsdiqlədiyi məlumatlara görə, 2022-ci ilin fevral ayından indiyədək Ukraynada 107 dini obyekt, 21 muzey, 89 tarixi-bədii obyekt, 19 abidə və 12 kitabxana zərər görüb.
Xatırladaq ki, Ermənistanın işğalı nəticəsində Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidindən 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilər Qərbi Azərbaycanda da bizə məxsus tarixi abidələrimizi məhv ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:30]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]