UKRAYNADA SİQARETÇƏKMƏDƏN HƏR İL 100 MİNƏ YAXIN ADAM ÖLÜR
Ukraynada siqaretçəkənlərin sayı Avropa Birliyi ölkələri üzrə göstəricini 1,5 dəfə üstələyir. Belə bir fakt da xüsusi həyəcan doğurur ki, Ukraynada hər 3 qadından biri və yeniyetmələrin təxminən yarısı siqaret çəkir.
Konfransda Dünya Səhiyyə Təşkilatının 89 ölkə tərəfindən dəstəklənmiş Tütünə nəzarətə dair çərçivə konvensiyasının tətbiqi məsələləri də müzakirə olunmuşdur. Məsələn, qanunvericilik səviyyəsində siqaret reklamının qadağan olunması, aksiz vergisinin artırılması və ictimai yerlərdə “tütün tüstüsündən azad zonalar” yaradılması təklif edilmişdir.
Hazırda Ukraynada siqaretlərin qiyməti Avropa ölkələrinə nisbətən iki dəfə aşağıdır. Qadağalara baxmayaraq, burada 18 yaşına çatmamış şəxslərə də tütün məmulatı satılır.