Ukraynada SOCAR-ın 60-dan çox yanacaqdoldurma məntəqəsi və 4 neft bazası var
Bakı, 3 dekabr, AZƏRTAC
Ukraynada SOCAR-ın 60-dan çox yanacaqdoldurma məntəqəsi (YDM) və 4 neft bazası fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.
Bildirilir ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir və şirkət 2009-cu ilin dekabr ayında yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir. Şirkətə fəaliyyətə başladığı dövrdən etibarən SOCAR tərəfindən ümumilikdə 300 milyon ABŞ dollarına qədər sərmayə yatırılıb. Ukrayna ərazisində şirkətə məxsus 60-dan çox yanacaqdoldurma məntəqəsi və 4 neft bazası fəaliyyət göstərir.
2019-cu ildə “SOCAR Energy Ukraine” şirkəti kiçik və orta ölçülü gəmilərin yanacaqla təminatı üçün biri Kiyevdə Muromets parkının, digəri isə Odessada Sovinyon yaxt-klubunun ərazisində olmaqla 2 üzən YDM işə salıb. Bu YDM-də digər yanacaqdoldurma məntəqələrində təklif olunan yanacaq növləri satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]