Ukraynada son sutkada 553 nəfər koronavirusa tutulub, 15-i isə ölüb
Kiyev, 5 iyun, AZƏRTAC
Ukraynada koronavirusa yoluxma hallarında artım qeydə alınmaqdadır. AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada Ukraynada 553 nəfər koronavirusa yoluxub, 15 nəfər isə ölüb, 330 xəstə tam müalicə olunaraq evə buraxılıb.
Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 25 min 963 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 762 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 11010-u müalicə olunaraq evlərinə buraxılıb.
Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]