Ukraynada Türkiyənin ilk səfirinin memorial lövhəsinin açılış mərasimi olub
Kiyev, 7 fevral, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdə Türkiyənin bu ölkədə çalışan ilk səfirinin memorial lövhəsinin açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, tədbirdə Ukrayna və Türkiyə rəsmiləri iştirak ediblər. Bildirilib ki, 1918-ci ilin sentyabrından 1919-cu ilin fevralına qədər memorial lövhə qoyulan binada (indi “Premyer-Palas” hotelinin binası) ilk Türkiyə diplomatı Əhməd Muxtar bəy fəaliyyət göstərib.
Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə tədbirdən sonra AZƏRTAC-a müsahibəsində bildirib ki, Ukrayna-Türkiyənin diplomatik münasibətləri 100 ildən öncəyə təsadüf edir. Bu gün Əhməd Muxtar bəyin memorial lövhəsinin açılışı Ukrayna və Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev