Ukraynalı gimnast: Bakıda qalib olmaq üçün mübarizə aparıram
Bakı, 8 mart, AZƏRTAC
Bakıda keçirilən kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirində iştirak edən ukraynalı gimnast Vladimir Kostyuk sərbəst hərəkətlər üzrə təsnifat yarışlarındakı çıxışından razı qalıb.
AZƏRTAC xəbər verir ki, zədə səbəbindən yarışa hazırlaşmaq üçün yalnız iki həftəsi olduğunu vurğulayan gimnast deyib: "Fikirləşirdim ki, nəticələrim pis olacaq. Amma çıxışım fikirləşdiyimdən də yaxşı oldu”.
Gimnast ötən il “EYOF Baku 2019” XV Yay Avropa Gənclər Olimpiya Festivalı zamanı Milli Gimnastika Arenasında çıxış etdiyini xatırladıb. Həmin festival zamanı üç medal (komanda hesabında qızıl, paralel qollarda gümüş və dəstəli at üzərində hərəkətlərdə bürünc medal) qazandığını bildirən V.Kostyuk bu turnirdə nəticələrini daha da yaxşılaşdırmaq istədiyini bildirərək deyib: “Əvvəlkindən daha yaxşı nəticə göstərmək istəyirəm. Bakıda qalib olmaq üçün mübarizə aparıram”.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]