UKRAYNANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VİKTOR YUŞŞENKOYA
Hörmətli Viktor Andreyeviç,
Dnepropetrovsk şəhərində baş vermiş partlayış nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
7 may, 2009-cu il.