ULU ÖNDƏRİMİZİN XATİRƏSİ ANILMIŞDIR
Əvvəlcə, xalqımızın dahi oğlunun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin bütün ömrünü və fəaliyyətini doğma Vətənə, xalqa, onun xoşbəxtliyinə həsr etdiyini vurğulamışlar. Onlar ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqın səadəti naminə gördüyü böyük işləri, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərini, uzaqgörən daxili və xarici siyasətinin uğurlu nəticələrini xatırlatmış, dahi rəhbərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini bildirmişlər.