Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu xəzinənin, nadir səslərin, şanlı tarixin saxlancı Beynəlxalq Muğam Mərkəzi - MÜSAHİBƏ

Bakı, 26 avqust, Abdulla Suvar, AZƏRTAC

Bakıda, dənizkənarı Milli Parkda müasir üslubda inşa edilmiş möhtəşəm tikililərdən biri də Beynəlxalq Muğam Mərkəzidir (BMM). Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. 15 ildən çoxdur ki, Beynəlxalq Muğam Mərkəzində gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin mühüm qismini təşkil edən muğam sənətinin incəliklərinə yiyələnirlər. Mərkəzdə görkəmli muğam ustalarının konsertləri, muğam gecələri, beynəlxalq konfrans və festivallar təşkil olunur. Bir sözlə, Azərbaycan muğamının dünyada geniş təbliği məqsədilə yaradılmış bu mərkəz öz missiyasını uğurla yerinə yetirir.

AZƏRTAC-ın əməkdaşı hər il bir-birindən fərqli layihələrlə tamaşaçıların görüşünə gələn Beynəlxalq Muğam Mərkəzində olub, mərkəzin direktoru, Əməkdar artist , tarzən Sahib Paşazadədən müsahibə alıb

-Sizin ölkəmiz üçün xüsusi önəm daşıyan mədəni tədbir və festivallarda, müxtəlif musiqi tədbirlərində solo çıxışlarınız böyük maraqla qarşılanır. Həm solo ifaçısı kimi fəaliyyət göstərmək, həm də mərkəzə rəhbərlik etmək vaxt baxımından çətinlik yaratmır ki?

- Azərbaycanın milli musiqi mədəniyyətinin inkişafında müstəsna yer tutan alətlər sırasında tarın öz yeri var. Tar dünya ictimaiyyətini Azərbaycan musiqi səsinin sehrinə salmağı bacarıb. Tar bizim milli kökümüz, kimliyimiz, xalqın səsini dünyaya çatdıran bir musiqi aləti olaraq hər zaman var olacaq! Ata-babadan bizə yadigar qalan tarzənlik sənəti bu gün layiqincə yaşadılır. XX əsrdə tar sənətinin mahir biliciləri, bu alətin gözəl ifaçıları yetişib. Qurban Pirimov, Bəhram Mansurov, Hacı Məmmədov, Həbib Bayramov, Əlikram Hüseynov, Sərvər İbrahimov, Ramiz Quliyev, Ağasəlim Abdullayev, Möhlət Müslümov, Zamiq Əliyev və s. fədakar insanlar hesabına daim inkişaf edib. Mən də bu ənənəni layiqincə yaşatmağa və tar ifaçılığı sənətini gələcək nəsillərə ötürməyə çalışıram. Bunu özümə borc bilirəm. UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına salınmış Azərbaycan tar ifaçılığı sənətini yaşatmaq, gələcək nəsillərə ötürmək biz ifaçıların ən ümdə vəzifəsidir. Solo ifaçısı olaraq milli musiqi alətimiz olan tarı həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda beynəlxalq festivallarda, tədbirlərdə layiqincə təbliğ etməyə, tanıtmağa çalışıram.

Sözsüz ki, Beynəlxalq Muğam Mərkəzinə rəhbər təyin olunduqdan sonra bir müddət vaxt “qıtlığı” yaşadım, amma artıq hər şey qaydasındadır. Hər iki işin məsuliyyətini anlayaraq onları vaxtı-vaxtında yoluna qoymağa çalışıram. Əgər insan qarşısına məqsəd qoyursa ki, bu işləri görəcəyəm, mütləq istəyinə nail olur.

- Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başladığı vaxtdan 15 ildən artıq vaxt ötür. Ötən müddət ərzində burada irili-xırdalı çoxlu tədbirlər keçirilib. Mərkəz Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğamlarımızın tanınması, təbliği istiqamətində nə kimi işlər görür?

-Milli mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. 2005-ci ildə Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları ilə birlikdə dəyirmi masa keçirildi və Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alındı. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzaladı. Muğam ustaları ilə mütəmadi görüşlərin, məsləhətləşmələrin nəticəsi olaraq Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edildi. 2005-ci il avqustun 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, UNESCO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Mərkəzin təməlqoyma mərasimi keçirildi. 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Beynəlxalq Muğam Mərkəzinin açılışını ediblər.

Yarandığı gündən burada irili-xırdalı yüzlərlə tədbir keçirilib. Təkcə son dövrlərdə mərkəzdə bir sıra mühüm layihələr reallaşdırılıb. Bu işdə mərkəzin kollektivi çox yaxından iştirak edib. Hazırda yeni layihələrimizdən biri də “Azərbaycan muğamı” adlanır. Layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə, ustad-şagird ənənələrinin qorunmasına dəstək olmaqdır. İl ərzində mütəmadi olaraq təşkil edilən ustad dərslərində muğamlarımız, onların şöbələri, tar, kamança ifaçılığı, çox nadir ifa olunan guşələr, onların ifa xüsusiyyətləri barədə məlumat verilir. Həmçinin layihə çərçivəsində “Muğam mühazirələri” gecələrinə başlanılıb. Muğam konserti şəklində təqdim olunan ədəbi-bədii gecələrdə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı, muğam musiqisinə təsiri mövzusunda çıxışlar dinlənilir. Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışılır, muğam dəsgahları və təsniflər təqdim olunur.

“Muğam mühazirələri” tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovun təqdimatında, “Ustad dərsləri” isə qocaman tarzən, muğam bilicisi Elxan Müzəffərovun rəhbərliyi ilə gerçəkləşib. Onlar muğamların xüsusiyyətləri, qəzəl seçimi, təsniflərin işlənməsi, uyğunluğu barədə geniş məlumatlar verib və onları ifaları ilə dinləyiciyə çatdırıblar.

- Gənc muğam ifaçılarının mərkəzin səhnəsində çıxış etməsinə şərait yaradılırmı?

- Bildiyiniz kimi, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 2005-ci ildən ölkəmizdə “Muğam” Televiziya müsabiqələri keçirilir. Hər il respublikamızın müxtəlif şəhər və rayonlarından müsabiqədə iştirak etmək üçün onlarla muğam həvəskarı müraciət edir. Təbii ki, bu qədər insanın müsabiqədə iştirakını təmin etmək mümkün deyil. Ona görə də müsabiqənin qəbul olunmuş şərtləri çərçivəsində iki turdan ibarət seçimlər aparılır. Muğam müsabiqəsinin keçirildiyi qısa zamanda televiziya ekranlarından bənzərsiz ifa tərzi ilə muğamsevərləri öz səsinin sehrinə salmağı bacaran onlarla gənc tanınır, sevilir. Sözsüz ki, bu musiqi yarışı ilk gündən sonadək demək olar ki, Beynəlxalq Muğam Mərkəzində təşkil olunur. Bu, olduqca çox gözəl ənənədir. Gənc muğam ifaçılarının yetişməsi mərkəzin əsas hədəflərindəndir. Biz də bu istiqamətdə çalışırıq.

Mərkəzdə keçirilən “Muğam mühazirələri”ni dinləmək üçün biz tədbirlərə daha çox Milli Konservatoriyanın, eləcə də konservatoriya nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin tələbələrini, musiqi məktəblərinin yuxarı sinif şagirdlərini dəvət edirik.

- Görkəmi muğam ustadlarının yubileylərində də gənc ifaçıların çıxışlarına şərait yaradılır...

- Bəli, qeyd etdiyiniz kimi, həmçinin biz muğamlarımızın bilicilərini, korifey sənətkarlarımız da unutmuruq, yaddan çıxarmırıq. BMM-nin müxtəlif layihələri var ki, bu layihələr bizim muğam korifeylərimizin irsinin təbliğinə, tanıdılmasına xidmət edir. “Dəyirmi masa” layihəsində biz elmi-tədqiqat xarakterli tədbirlərimizi təqdim edirik. Həmçinin səhnəmizdə konsert mövsümü müddətində görkəmli muğam ifaçılarımızın, sənətkarlarımızın yubiley tədbirləri keçirilir. Unudulmaz muğam ifaçılarımız, xanəndələr Xalq artisti Tələt Qasımovun 90 illiyi, Əməkdar artist Süleyman Abdullayevin 85, xanəndə və bəstəkar Qulu Əsgərovun 95 illiyi tədbirləri, həmçinin novator tarzən, professor, Əməkdar artist Həmid Vəkilovun anadan olmasının 75 illiyi, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimovun 75 illik yubileyi və pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş tədbir, tarzən Zərif Qayıbovun xatirə gecəsi, eləcə də bu qəbildən olan neçə-neçə tədbirə gənc ifaçıları dəvət etmişik. Eyni zamanda, hazırda muğam sənətinin incəliklərini gənc nəslə öyrədən pedaqoq Xalq artisti Malik Mansurovun və digər tanınan pedaqoqların tələbələri ilə birgə konsertlərinin də mərkəzimizdə təşkili muğamsevərlər tərəfindən böyük maraqla qarşılanır. Məqsədimiz onların püxtələşib yetişməsinə təkan verməkdir. Biz, həmçinin belə tədbirlərə peşəkarlığı olsa da az tanınan ifaçıları da dəvət edirik. Bir sözlə, Beynəlxalq Muğam Mərkəzinin qapıları hər zaman istedadlı gənclərin üzünə açıqdır. Məqsədimiz muğam irsimizi yaşatmaq, gələcək nəsillərə ötürməkdir.

- Burada təkcə muğamlarımız deyil, bütövlükdə musiqinin müxtəlif janrları, eləcə də aşıq sənətinə həsr olunmuş tədbirlər də təşkil edilir. Həmin proqramlar mərkəzin profilinə nə dərəcədə uyğundur? Mərkəzin digər layihələri barədə də məlumat verərdiniz.

- Beynəlxalq Muğam Mərkəzində muğamlarımızla yanaşı klassik musiqi nümunələri, klassik əsərlər, fortepiano, skripka, violonçel ifaçıları, hətta caz musiqisinin tanınmış nümayəndələri, aşıq musiqisi səslənir.

Sözsüz ki, bura adından da göründüyü kimi, muğamlarımızla bağlı məkandır. Amma unutmamalıyıq ki, aşıq sənəti də bizim tarixi keçmişimizi yaşadır. Ona görə də bu, başa düşüləndir. Hər gün muğam konserti bəlkə də müəyyən qədər tamaşaçını yorar. Düşünürəm ki, keçirilən layihələr mütləq şəkildə rəngarəng olmalıdır.

Mərkəzin səhnəsində dünyanın müxtəlif yerlərindən - Rusiya, İtaliya, Almaniya və Fransadan klassik musiqi ifaçıları çıxış edir. Mərkəzdə musiqi gecələri, kvartetlər təşkil olunur. Həmçinin Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkarımız Fərəc Qarayevin 80 illik yubileyi keçirildi. Eyni zamanda, mərkəzdə bu ilin may ayında yeddi gün müddətində “Cadenza” orkestrinin ilk dəfə “Müasir musiqi günləri” festivalı təşkil olundu. Festivalda demək olar ki, dünyanın ən tanınmış bəstəkarlarının maraqlı əsərləri səsləndi. Çox maraqlı solistlər, vokal ifaçıları iştirak etdi. Yaponiya, Qazaxıstan, Özbəkistan, Rusiya və onlarla digər ölkələrin musiqiçilərinin səhnəmizdə çıxışları, folklor, milli və klassik musiqilərdən ibarət proqramları yaddaqalan konsertlər sırasındadır.

Həmçinin mərkəzin səhnəsində 2023-cü ilin oktyabr ayında caz festivalı keçirilib. Bizi yenə qarşıda həmin ənənəvi caz festivalı gözləyir. Hansı ki, dünyanın ən tanınmış musiqiçiləri bu festivalda iştirak edəcəklər.

Yeri gəlmişkən, onu da qeyd etməliyəm ki, burada poeziya gecələri də keçirilir, şəhidlərlə bağlı kitab, film təqdimatları olur. Mərkəzdə bir çox səfirliklər də tədbirlər keçirir. Beynəlxalq əlaqələrimiz də genişlənir. Müxtəlif ölkələrin musiqi kollektivləri, milli musiqisi, folklor nümunələri səhnəmizdə təqdim olunur. Onlar öz mədəniyyətini, mətbəxini Azərbaycan auditoriyasına təqdim edirlər.

Mərkəzdə rəngarəng tədbirlər təşkil olunur. Bu səbəbdən də hər zaman tamaşaçımız çox olur. Sevinirik ki, mərkəz belə gözəl tədbirlərə ev sahibliyi edir. Bizim bütün tədbirlərimiz və dəstək verdiyimiz layihələr Heydər Əliyev Fondunun muğama göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olur. Biz bu işi fəxr hissi duyaraq, məmnuniyyətlə görürük.

- Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzi ilə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu kimi sənədlər mərkəzin beynəlxalq əlaqələrinin inkişafına necə təkan verir?

- Bəli, iyun ayında Beynəlxalq Muğam Mərkəzi ilə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu, Özbəkistanla bizim aramızda imzalanmış ikinci memorandumdur. Yaxın zamanda Özbəkistanla birgə qarşılıqlı tədbirlər, ustad dərslərinin keçirilməsi, seminarlar, konfranslar, konsertlər, eyni zamanda, müsabiqələrin təşkil olunması planlaşdırılır. Həmçinin ifaçılarımızın Özbəkistanda çıxışları, ustad dərsləri, Azərbaycan musiqisi haqqında təlimlər nəzərdə tutulur.

Belə sənədlər Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətinə çox böyük təkan verməkdədir. Bundan əvvəl Beynəlxalq Muğam Mərkəzi bir çox beynəlxalq təşkilatlarla, səfirliklərlə memorandumlar imzalayıb. Bu gün də həmin tendensiya davam edir. Yaxın gələcəkdə bu memorandumlar nəticəsində Muğam Mərkəzinin fəaliyyəti çoxşaxəli şəkildə davam edəcək.

Yeri gəlmişkən, onu da xatırladım ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə artıq 6-cı dəfə “Muğam aləmi” Beynəlxalq Muğam festivalı keçirilib. Festival çərçivəsində Türkiyə, İtaliya, Suriya, İraq, Çin, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistanın və digər ölkələrin musiqiçiləri Azərbaycana gəliblər. Festivalın keçirildiyi konsert salonları sırasında BMM-nin yer alması bizi çox sevindirir. Bu festival təkcə ölkələr deyil, həmçinin ifaçılar arasında geniş əməkdaşlıq imkanları yaradıb.

- Beynəlxalq Muğam Mərkəzi milli muğamlarımızın, milli musiqi alətlərimizin gənc nəslə tanıdılması, sevdirilməsi istiqamətində nə kimi işlər görür?

- Beynəlxalq Muğam Mərkəzinə daxil olan hər kəsi ilk andaca muğam korifeylərinin büstləri qarşılayır. Onların simaları daş büstlərə çevrilsə də, oxuduqları muğamlar insanların qəlbində canlı heykələ dönüb. O, daş büstlərin hər biri bir sənət xəzinəsi, bir sənət məbədidir. Bizim savadlı, peşəkar kollektivimizin üzvləri buraya üz tutan hər kəsə Azərbaycanın musiqisi, muğam ifaçıları haqqında ətraflı məlumatlar verirlər.

Eyni zamanda, mərkəzdə tez-tez gənc xanəndə və ifaçılar üçün ustad dərsləri təşkil olunur, həmçinin bayramlarda tələbələr üçün nəzərdə tutulmuş maarifləndirici proqramlarımız olur. Bilirsiniz ki, Muğam Mərkəzinin foyesində Azərbaycanın qədim musiqi alətlərindən ibarət muzey kolleksiyası var. Sentyabr ayından sonra muzeyin fəaliyyəti daha da genişləndiriləcək. Muzeyə tələbələr üçün giriş ödənişsiz olacaq. Muzeydə yer alan milli musiqi alətlərimiz barədə gənclərə geniş bilgilər veriləcək.

- Mərkəzin inşası zamanı ən müasir texnologiyadan istifadə edilib. Zaman keçir və texnologiyalar durmadan bir-birini əvəz edir, yenilənir. Mərkəz zamanla ayaqlaşa bilirmi? Yəni texnologiyaların alınması, dəyişdirilməsi üçün hansı işlər həyata keçirilir?

- Düzdür, ən müasir texnologiyadan istifadə edilməklə tikilən Muğam Mərkəzi üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilib. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunub. Bina müasir havalandırma və istilik sistemləri ilə təchiz edilib. Təbii ki, biz mütəmadi olaraq avadanlıqların müəyyən hissələrini yenisi ilə əvəzləyirik. Ötən 15 ildə avadanlıqların yenilənməsi istiqamətində müəyyən işlər görülüb. Muğam mərkəzində hazırda bizim üçün ən qabaqcıl məsələlərdən biri, xüsusi səs avadanlığıdır ki, yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq.

Eyni zamanda, Muğam Mərkəzində səsyazma studiyası fəaliyyət göstərir və studiya bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Yeri gəlmişkən, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Beynəlxalq Muğam Mərkəzi haqqında fikirlərini yenidən səsləndirməyi çox vacib hesab edirəm: “Bu gün biz tam əminliklə deyə bilərik ki, Muğam Mərkəzi bütün dünya muğamsevərləri üçün əsl muğam evinə çevrilib. Bu gündən etibarən burada çox gözəl, ölməz musiqi - muğam səslənəcək”. Çox sevinirik ki, onun dediyi kimi, mərkəz doğrudan da dünya muğamsevərləri üçün əsl muğam evinə çevrilib.

- Bu il Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək və bununla əlaqədar ölkəmizə minlərlə turistin gələcəyi gözlənilir. Şübhəsiz ki, gələn qonaqların üz tutacağı məkanlardan biri də Beynəlxalq Muğam Mərkəzi olacaq. Mərkəz bu möhtəşəm tədbirə necə hazırlaşır?

- Belə mötəbər tədbirin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərar iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmuş ölkəmizin məqsədyönlü fəaliyyətinə verilən dəyərdir. BMM hər zamankı kimi öz repertuarına müxtəlif mövzulu tədbirlər və konsertlərlə davam edəcək. Bu qlobal əhəmiyyətli bir tədbir olduğu üçün BMM Mədəniyyət Nazirliyinin strukturuna daxil olan müəssisə kimi nazirlik tərəfindən irəli sürülən və tədbirlə bağlı reallaşdırılacaq bütün layihələrdə yaxından iştirak edərək dəstək olacaq.

- Son olaraq, yeni mövsümdə muğamsevərləri hansı yeniliklər gözləyir?

- Yeni mövsümdə mərkəzdə çox sevilən və muğam sənətimizdə iz qoyan ustadlar, Xalq artisti İslam Rzayevin 90, Əməkdar artist Əhsən Dadaşovun 100 illiyinə həsr olunan xatirə gecələri, bu gün muğam sənətimizin incəliklərini gənclərə tədris edən tanınmış muğam ifaçıları, pedaqoqlar Xalq artisti Möhlət Müslümov, Əməkdar incəsənət xadimi Arif Əsədullayevin yubiley tədbirləri, bir-birindən fərqli milli və klassik musiqi axşamları təşkil olunacaq. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor da maraqlı proqramlarla tamaşaçıların görüşünə gələcək. Həmçinin işğaldan azad olunmuş ərazilərimizdə dövlətimiz tərəfindən təşkil edilən tədbirlərdə BMM-nin solistlərinin çıxışları, ustad dərslərimiz, bölgələrdə konsertlərimiz və yeni nəşrlərimizi də bu silsiləyə aid etmək olar. Bu səbəbdən inanıram ki, yeni mövsümdə tamaşaçıları çox maraqlı və zəngin proqram gözləyir.

-Müsahibəyə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Dünya çempionatı 2026-nın ilk qolu vurulub YENİLƏNİB

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?