ÜLVİ BACARANİ BEYNƏLXALQ TURNİRİN QALİBİDİR
Bakı, 5 avqust (AZƏRTAC). Azərbaycan şahmatçısı Ülvi Bacarani Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində başa çatmış beynəlxalq şahmat turnirinin qalibi adını qazanmışdır.
Sonuncu turda hindistanlı Yodeş Qautam üzərində qələbə qazanan Ü.Bacarani 8 xal toplayaraq, rəqibləri üçün əlçatmaz olmuşdur.
Digər şahmatçılarımız da turnirdə yüksək nəticə göstərmişlər. Nərmin Soyunlu, Nurlan Şabanov və Sənan Rəhimli hərəyə 6,5 xalla müvafiq olaraq 7-ci, 9-cu və 11-ci yerləri tutmuşlar.
İsveçrə sistemi üzrə keçirilən yarışda 136 şahmatçı mübarizə aparırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]