Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları Monteneqro və Sloveniyaya qarşı
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti oyunlarını keçirəcək.
AZƏRTAC xəbər verir ki, Teymur Rəcəbovun kapitan olduğu kişilərdən ibarət kollektiv IV turda Monteneqro ilə üz-üzə gələcək.
Kapitanı Mixail Şereşevski olan qadın yığması isə Sloveniya kollektivi ilə qarşılaşacaq.
Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının yer aldığı kişi yığması ilk üç turda İordaniya, Finlandiya və Moldovanı məğlub edib, Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarət komanda isə Nikaraqua və Avstraliyaya qalib gəlib, Argentinayla isə heç-heçəyə razılaşıb.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]