ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZVLÜKLƏ ƏLAQƏDAR QANUNVERİCİLİKDƏ DƏYİŞİKLİK EDİLƏCƏKDİR
Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə komissiyadan AZƏRTAC-a bildirmişlər ki, dövlət başçısının 2006-cı il 2 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı” bu sahədə işlərin sürətlənməsinə təkan vermişdir.
Burada mallarla ticarətə təsir göstərən siyasətə və ticarətlə bağlı əqli mülkiyyət rejiminin tənzimlənməsinə dair tədbirlər nəzərdə tutulmuşdur. Bununla əlaqədar 12 qanuna, Vergi Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək, Nazirlər Kabinetinin bir sıra qərarları ÜTT-nin tələblərinə uyğunlaşdırılacaqdır.
Bu işlər 2007-ci ilin ikinci rübünədək başa çatdırılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]
Bakı Bəyannaməsi qəbul edilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]