Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı hazırlanan film təqdim edilib VİDEO
Bakı, 12 may, AZƏRTAC
Amerika-Azərbaycan Gənclərinin III Forumunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı hazırlanan filmin təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, “Heydar Aliyev and Azerbaijani Culture: A Strategy for Preserving and Developing National Identity” adlı film Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “ElTV Production” tərəfindən hazırlanıb.