Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan xarici siyasət strategiyası

Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan xarici siyasət strategiyası

Bakı, 12 dekabr, AZƏRTAC

Dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə (1969-1982; 1993-2003) Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirlər hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilmişdir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz Ümummilli lider Heydər Əliyevin adı və onun fəaliyyəti ilə bağlıdır.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Heydər Əliyevin milli maraqlara əsaslanan xarici siyasət strategiyası” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim kimi bir sıra çətin, eləcə də mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirmişdir. Həmin dövrdə Azərbaycanda bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılmış və bu nailiyyətlər o vaxt hakimiyyətdə olan Ümummilli Liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olmuşdur.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Moskvada işlədiyi dövrdə Azərbaycanın dövlət maraqlarını qətiyyətlə qorumuş və erməni iddialarının reallaşmasına imkan verməmişdi. Heydər Əliyevin iştirakı ilə keçirilən Sov.İKP MK Siyasi bürosunun və SSRİ Nazirlər Sovetinin iclaslarında Azərbaycan əleyhinə olaraq heç bir qərar qəbul edilməmişdir.

XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə, Ermənistan SSR ərazisində anti-Azərbaycan, antitürk təbliğatı daha da güclənməyə başladı. Bu proses M.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Azərbaycanın bu ayrılmaz hissəsinin Ermənistana birləşdirilməsi ideyasını əsassız olaraq irəli sürdü. Bunun ardınca noyabrın 18-də A.Aqanbekyanın Parisdə verdiyi müsahibə “L’Humanite” qəzetində çap olundu. Bu müsahibə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasından sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Lakin XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayəsində başlamış Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, eləcə də hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal altına düşdü. Müstəqilliyin bərpa edildiyi ərəfədə və ondan az sonra azərbaycanlılar indiki Ermənistandan - öz tarixi torpaqlarından zorakılıqla, təcavüzə məruz qalaraq deportasiya edildi. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində isə azərbaycanlılar yaşayan məntəqələr bir-birinin ardınca Ermənistan silahlı qüvvələri və terrorçu dəstələri tərəfindən keçmiş sovet hərbi hissələrinin köməyi ilə işğal olundu, əhalisi isə öz doğma yurdlarından məcburən köçkün düşdü.

Həmin dövrdə ölkə çətin vəziyyətdə idi, ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Eyni zamanda, ölkədə sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və milli maraqların qorunmasına əsaslanan fəal xarici siyasət tələb edirdi.

Belə bir çətin dövrdə, yalnız 1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı.

Ümummilli Lider Heydər Əliyevin xarici siyasət
kursunun əsas istiqamətləri

Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli maraqlarının və mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Heydər Əliyev özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni siyasi kursu həyata keçirmək üçün hər şeydən əvvəl müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi.

Digər mühüm vəzifələrdən biri də bəzi dövlətlər ilə münasibətlərdə əsassız yaradılmış gərginliyi aradan qaldırmaq, balanslı və milli maraqlara əsaslanan xarici siyasət xəttini təmin etmək, region dövlətlərlə münasibətlərə daha çox diqqət yetirməklə qarşılıqlı əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin qorunmasına nail olmaq idi. Qarşıda duran ən mühüm vəzifələrdən biri də münaqişənin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi şərti ilə ədalətli şəkildə həll olunması üçün böyük dövlətlərin, eləcə də beynəlxalq təşkilatların səylərini gücləndirməyə nail olmaqdan ibarət idi.

Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri ölkəmizin mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasət olmasıdır: “Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaqdan və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir...Nəyin bahasına olursa-olsun respublikanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq...Bundan sonra görüləsi işlər Azərbaycanın daha geniş tanınmasına şərait yaradacaqdır və respublikamız dünya dövlətləri birliyində öz layiqli yerini tutacaqdır”.

Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada, Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Azərbaycanın milli təhlükəsizliyi onun dünya və region dövlətləri, habelə beynəlxalq təşkilatlarla balanslaşdırılmış strateji xətt yeritməsini zərurətə çevirdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının xarici siyasət prioritetlərindən bəhs edərək qeyd edirdi ki, “...Dəyişən dünyamızda Azərbaycanın siyasi missiyası dost və tərəfdaş axtarışına, blok və ittifaqların çoxvariantlılığına yönəlmişdir. Bu, Azərbaycanın dünya dövlətləri ailəsində statusunu, suverenliyini möhkəmləndirəcək, həm də müxtəlif dövlətlərlə yaxınlaşmasına kömək edəcəkdir”.

Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.

Bu prosesin davamı olaraq Azərbaycanın enerji siyasətinin əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin tikintisinə başlandı. Sonrakı illərdə onların işə salınması nəticəsində Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin etdi, eyni zamanda Avropanın enerji təminatında mühüm rol oynamağa başladı. Həmçinin enerji diplomatiyası Azərbaycan dövlətinin beynəlxalq mövqelərini möhkəmləndirdi.

Bununla yanaşı, dövlət müstəqilliyinin bərpasından sonra Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi Azərbaycan diplomatiyasının qarşısında duran mühüm və çətin məsələlərdən biri oldu. Bu məsələyə dair Xəzəryanı ölkələrlə Azərbaycanın milli mənafelərinə uyğun olaraq səmərəli danışıqlar aparıldı. Xəzəryanı dövlətlərdən hər biri öz maraq və mənfəətlərini əsas götürərək mövqelərini əsaslandırmağa başladılar. Nəticədə Xəzər dənizi hövzəsi geosiyasi, geoiqtisadi və geostrateji maraqların toqquşduğu meydana çevrildi. Bu isə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsini gündəliyə gətirdi və sahilyanı ölkələr arasında gərgin diplomatik müzakirələr aparıldı.

Qeyd etmək lazımdır ki, 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərindən biridir.

Bununla yanaşı, Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa ölkələri ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi idi. Bu baxımdan xarici siyasətin başlıca məqsədi Azərbaycanı müstəqil dövlət kimi tanıtmaq, beynəlxalq mövqelərini möhkəmləndirmək qarşıya məqsəd kimi qoyulmuşdu. Bu dövrdə, yalnız ikitərəfli deyil, çoxtərəfli əsasda da fəal xarici siyasət yürüdülərək Azərbaycanın beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində özünəməxsus yer tutması üçün bir sıra mühüm addımlar atıldı.

Eyni zamanda, Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin xarici siyasət fəaliyyətinin başlıca istiqamətlərindən biri olmuşdur.

Bu baxımdan 1994-cü il mayın 4-də Ümummilli Lider Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri kimi xarakterizə edilir.

Bununla yanaşı, Heydər Əliyevin Azərbaycan Prezidenti kimi BMT Baş Məclisinin sessiyalarında və digər yüksək səviyyədə keçirilən müxtəlif iclaslarda və çoxsaylı görüşlərdə bu əlaqələr inkişaf etdirildi. Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə Ümummilli Lider 1994-cü il sentyabrın 29-da BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır. 1995-ci il oktyabrın 22-də BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən Baş Məclisinin xüsusi təntənəli iclasında çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı təcili tədbirlərin görülməsi və beynəlxalq səylərin artırılmasına çağırmışdır.

2000-ci ilin sentyabr ayında BMT-nin Minilliyin sammitində çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında əsas missiyanı öz üzərinə götürmüş bu beynəlxalq təşkilatın kürsüsündən Azərbaycanın mövqeyini bir daha dünyaya bəyan etmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.

1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmışdır. Hazırda Azərbaycan Respublikası ümum-Avropa sisteminə inteqrasiya olunmaqla yanaşı, qitənin təhlükəsizlik arxitekturasına öz töhfəsini verərək Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında da çox mühüm rol oynamaqdadır.

Əminliklə söyləmək olar ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikamız üçün həlledici illər olmuşdur. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuş, Azərbaycanın xarici siyasəti ilə bağlı strateji xətti müəyyən edilmiş və ölkəmiz dünya birliyinə qovuşmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməsi səmərəli əməkdaşlığımız ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırılması üçün mühüm əhəmiyyət kəsb etmişdir. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir. Həmin dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.

Qeyd etmək lazımdır ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və dünyada geniş əks-səda doğurmuşdur.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Bununla yanaşı, Ümummilli Liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni millətçiliyinin və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Azərbaycanın milli maraqlara əsaslanan

xarici siyasəti: ərazi bütövlüyü və suverenliyin bərpası

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu çox uğurla inkişaf etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 20 ildən artıq müddət ərzində Azərbaycan dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilir.

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çox çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.

Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısının qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz. Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən müxtəlif əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Nəticədə Azərbaycan yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.

Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 gün ərzində reallığa çevrildi.

İkinci Qarabağ müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük İkinci Qarabağ müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi.

2020-ci il noyabrın 8-i isə tariximizə Zəfər Günü kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.

Beləliklə, üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və İkinci Qarabağ müharibəsində tarixi Qələbənin əsası qoyuldu.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Nəticədə İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Hazırda Azərbaycanın qlobal miqyasda qazandığı uğurlar və tarixi nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan verib, xüsusilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaradıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursu Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirməsi, eləcə də dinamik, çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıla investisiya marağı artır, zərgərlik tələbatı azalır

Avrasiya İqtisadi İttifaqı Ermənistanın üzvlüyünün dayandırılmasını araşdıracaq

AZPROMO: Zərgərlik məhsullarının ixrac dəyəri artıb

Azərbaycanlı müəllifin əsəri Qərbi Sibir səhnəsində

XV Milli Məhkəmə Müsabiqəsinin qalibi məlum olub

“Airbus”un yeni nəsil təyyarəsi 22 saata qədər fasiləsiz uçacaq

Azərbaycan, Ukrayna və Moldova qurumları kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir - Proqnoz

Arzu Nağıyev: Kibertəhlükələr və kibercinayətkarlıq qlobal çağırışlardan birinə çevrilib VİDEO

Arzu Nağıyev: Kibertəhlükələr və kibercinayətkarlıq qlobal çağırışlardan birinə çevrilib VİDEO

AKTA rəsmisi: Milli kibertəhlükəsizlik məhsul və xidmətlərinin sayı artırılmalıdır VİDEO

AKTA rəsmisi: Milli kibertəhlükəsizlik məhsul və xidmətlərinin sayı artırılmalıdır VİDEO

Joze Mourinyo “Real Madrid”də görmək istəmədiyi futbolçuları müəyyənləşdirib

AKTA və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb

Baş nazir Əli Əsədov TDT-yə üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb

Azərbaycanın enerji diplomatiyası yeni mərhələyə qədəm qoyub – ŞƏRH

Ağdam Sənaye Parkında daha bir şirkətə rezident statusu verilib

Şəkidə regional konfrans: “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər”

Nəsimi rayonunda onaltımərtəbəli yaşayış binasında yanğın baş verib

Almaniya ilə standartlaşdırma sahəsində əməkdaşlıq məsələlərinə nəzər salınıb

Londonda metro sürücülərinin növbəti tətili nəqliyyatda ciddi problemlərə səbəb olub

Türk politoloq Ermənistandakı seçkilərlə bağlı “Anadolu” agentliyinə şərh verib

XRİTDX: Bu il dövlət informasiya resurslarına qarşı çoxsaylı kibertəhdidlərin qarşısı alınıb VİDEO

XRİTDX: Bu il dövlət informasiya resurslarına qarşı çoxsaylı kibertəhdidlərin qarşısı alınıb VİDEO

AKTA və “Huawei” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

AKTA və “Huawei” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

Tokayev: Qazaxıstanın prezident idarəetmə modelinin kökləri Qızıl Orda siyasi sisteminə gedib çıxır

Vergi ombudsmanı sahibkarlarla görüşəcək

Zaur Əliyev: İnnovativ həllərin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühümdür

DSX kursantlarının hazırladığı elmi-tədqiqat işləri təqdim olunub

Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində işləyənlərin çoxu keçmiş məcburi köçkünlərdir

İrakli Kobaxidze: Uzunmüddətli sabitlik və sülh olmadan tərəqqi və rifahdan danışmaq mümkün deyil

Ali Məhkəmədən xəbərdarlıq: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

Yol polisi skuter sürən şəxsi qəzadan xilas edib VİDEO

Yol polisi skuter sürən şəxsi qəzadan xilas edib VİDEO

Qahirədə ölkəmizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub

Mərkəz rəisi: DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

Fransanın dəmiryolçuları kütləvi tətilə hazırlaşırlar

XRİTDX rəsmisi: Hazırda kibertəhlükəsizlik sahəsində yeni yanaşmalar və tendensiyalar formalaşır

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib

Fransada həyəcan siqnalı: “Rafale” qırıcısı əmrə tabe olmayan təyyarəyə görə havaya qalxıb

Nazir müavini: Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Xarici alimlər Azərbaycanda Səfəvilər dövrünü və köçəri tayfaların tarixini araşdırırlar

“Qardaşlıq körpüsü”: Ağdamda iki qardaş ölkənin şəhid ailələri bir araya gəlib

İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO

İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO

ABŞ-nin sutkalıq neft hasilatı 13,7 milyon barelə geriləyib

Britaniya təhlükəsizlik xidməti: Çin dövlət qulluqçularını saxta vakansiyalarla hədəfə alır

Kənd təsərrüfatında rəqəmsal nəzarət və süni intellekt texnologiyalarının tətbiqi artırılır

“Məktəb, elm və ədəbiyyat” layihəsi uşaqlarda mütaliə sevgisini gücləndirir

Fransa Ukraynaya “Rafale” və “Mirage 2000-5” qırıcıları tədarük edəcək

Rasim Əliquliyev: Kibertəhlükəsizlik sahəsində akademik potensialın rolu artır

Tarix, memarlıq və incəsənətin qovuşduğu məkan VİDEO

Tarix, memarlıq və incəsənətin qovuşduğu məkan VİDEO

Kim Çen In: Şimali Koreya nüvə materialı istehsal gücünü ikiqat artırıb

Pentaqon yanacağın bahalaşmasına görə hərbi təlimləri ləğv edir

Bu saata olan əsas xəbərlər

Azərbaycan Fransada dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılmasına dair beynəlxalq konfransda təmsil olunub

Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü

ÜST: Mərkəzi Afrikada Ebola virusunun yayılması ilə mübarizədə hələ də ciddi çətinliklər var

Kənd Təsərrüfatı Nazirliyi: Aqrar sahədə subsidiya və regionlaşma mexanizmlərinin təkmilləşdirilməsi davam etdirilir

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub

DSX: Ötən ay 5,6 milyon manatlıq qaçaqmal aşkarlanaraq götürülüb

Tbilisidə XVI Regional Dayanıqlı İnkişaf Forumu işə başlayıb

Azərbaycanın enerji siyasəti bu sahədə kompleks strateji yanaşmanı əks etdirir ŞƏRH

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 4 dəfədən çox artıb

Gürcüstan Prezidenti: Regionumuz dinc yanaşı yaşama və dialoq məkanına çevrilməlidir

Zaur Əliyev: İdxal hesabına qarşılanan heyvandarlıq və quşçuluq məhsullarının ölkə daxilində istehsalını artırmaq məqsədimizdir

Nazir müavini: Üzgüçülük insanların sağlam həyata addım atması üçün önəmlidir

Rəhman Hümmətov: Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı miqyaslı işlərin astanasındayıq VİDEO

Rəhman Hümmətov: Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı miqyaslı işlərin astanasındayıq VİDEO

Ukraynanın “Freedom” telekanalı “Flame Towers” kompleksindən bəhs edib

AMEA: Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb

Xaçmazın bir sıra yaşayış məntəqələrində elektrik təsərrüfatı yenilənir

DSX: Mayda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

Nazir müavini: Meyvə və tərəvəz məhsullarının ixracının artırılması əsas hədəflərimizdəndir

Fərid Qayıbov: Çalışırıq ki, üzgüçülük idman növünü daha da inkişaf etdirək

Fransa Avropa ölkələrini Livanda təhlükəsizliyi və sabitliyi dəstəkləməyə çağırıb

Nazir müavini: Son 6 ayda Azərbaycanda 2 mindən çox zərərli internet resursu bloklanıb VİDEO

Nazir müavini: Son 6 ayda Azərbaycanda 2 mindən çox zərərli internet resursu bloklanıb VİDEO

Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

BDU-da növbəti “Açıq qapı” günü: vətəndaşlara pulsuz hüquqi məsləhət veriləcək

Azərbaycanda yüksək məhsuldarlığa malik cins heyvanların ümumi heyvandarlıq fondunda payı 4 dəfə artırılacaq

Dünya İqtisadi Forumu: Hörmüz boğazı qlobal iqtisadiyyat üçün yeni təhdidə çevrilib

Xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq ediləcək

Dövlət qulluğu imtahanlarında iştirak edəcək namizədlərin sayı açıqlanıb

Samir Axundov: Azərbaycan diversifikasiya, bərpaolunan enerji və dekarbonizasiyaya yönəlmiş mərhələyə qədəm qoyur

Bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır VİDEO

Bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır VİDEO

ABŞ-nin neft ehtiyatları azalıb

Zaur Əliyev: Aqrar sahənin inkişafında resurslara qənaət edən yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

“Şamaxı” braziliyalı futbolçu ilə vidalaşıb

FIFA Dünya Kuboku zamanı stadionlarda təkrar istifadə olunan butulkaları qadağan edib

BDU-nun Astrofizika kafedrası: Bu gün geomaqnit qasırğası başlayır

Bakıda "Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi start götürüb

Moped sürücüləri üçün yeni tələblər müəyyənləşir

Abituriyentlər Qarabağ Universitetinin təhsil modeli barədə məlumatlandırılıb

® Əfsanəvi "Atletlər kəndi"ndə yeni dövr: "Olympic Residence" yaşayış kompleksi satışa çıxarılır!

Azərbaycan məcburi köçkünlərin reinteqrasiyası sahəsində dünyaya mühüm nümunə təqdim edir - ŞƏRH

Nazir müavini: Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini daha da gücləndirəcək

Allahverən İsmayılov: Süni intellekt kibertəhlükəsizliyə təsir edən əsas amilə çevrilir VİDEO

Allahverən İsmayılov: Süni intellekt kibertəhlükəsizliyə təsir edən əsas amilə çevrilir VİDEO

Quraqlıq Asiyada məhsuldarlığa zərər verir və ərzaq qiymətlərini artırır

Rauf Cabarov: Müasir dövrdə kiberməkanda aparılan mübarizə ənənəvi təhlükəsizlik məsələləri qədər əhəmiyyət daşıyır VİDEO

Rauf Cabarov: Müasir dövrdə kiberməkanda aparılan mübarizə ənənəvi təhlükəsizlik məsələləri qədər əhəmiyyət daşıyır VİDEO

Qərbi Azərbaycana qayıdış ideyası regionda davamlı sülhün qurulmasına xidmət edir – ŞƏRH

Bakıda “Azerbaijan Jewelry Show” sərgisi keçirilir

Donald Tramp NBA finalının oyununu tribunadan izləyəcək

BMT Yəmənə humanitar yardım üçün dəstəyin artırılmasına çağırıb

DYP: Sükan arxasında bir anlıq məsuliyyətsizlik bütöv bir ailənin faciəsinə çevrilir

Maqbat Spanov: Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün yeni əməkdaşlıq mexanizmləri formalaşdırıla bilər VİDEO

Maqbat Spanov: Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün yeni əməkdaşlıq mexanizmləri formalaşdırıla bilər VİDEO