Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət VİDEO
Tbilisi, 5 noyabr, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.