Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş futzal turniri davam edir
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş fakültələrarası futzal turniri davam edir.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, aprelin 7-dən start götürən yarışda bütün fakültələrdən, eləcə də universitetin nəzdində yerləşən İnşaat Kollecindən komandalar təmsil olunur. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışın yekununda I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Çempionatda fərqlənən 3 tələbə futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.
Qeyd edək ki, turnirin aprelin 14-də yarımfinal, aprelin 25-də isə final oyunları keçiriləcək.