ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ “HEYDƏR ƏLİYEV MUZEY-SİNFİ” YARADILIR
Nərimanov Rayon Təhsil Şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatı və zəngin siyasi fəaliyyəti ilə məktəbliləri yaxından tanış etmək üçün rayon ərazisindəki Bağça-Məktəb-Lisey Kompleksində, 93 və 258 nömrəli orta məktəblərdə “Heydər Əliyev muzey-sinfi” yaradılmışdır.
Belə muzey-siniflərin rayonun bütün ümumtəhsil məktəblərində yaradılması nəzərdə tutulmuşdur.