UNEC alimlərinin 39 elmi əsəri ötən ay nüfuzlu elmmetrik bazalarda indekslənib
Bakı, 2 iyun, AZƏRTAC
Bu ilin may ayı üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayədələrinin 39 elmi əsəri nüfuzlu elmi nəşr platformalarında indesklənib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu elmi əsərlərin 23-ü “Scopus”, 16-sı isə “Web of Science” elmmetrik bazalarında yer alıb. Bu elmi əsərlərin 50 faizi Q1, Q2 kvartilli jurnallarda nəşr olunub.