UNEC-in 5 milyonluq elektron kitabxana resursları Qarabağ Universitetinə açıq olacaq
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 5 milyonluq elektron kitabxana resursları Qarabağ Universitetinin müəllim və tələbələri üçün tam açıq olacaq. Bu təşəbbüs Qarabağda təhsilin inkişafına dəstək məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılır.
Bu barədə AZƏRTAC-a UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva məlumat verib. Onun sözlərinə görə, universitet tərəfindən regionda təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş müxtəlif layihələr reallaşdırılacaq.
Adilə Abdullayeva qeyd edib ki, təşəbbüsün hüquqi və texniki tərəfləri ətraflı nəzərdən keçirilib, həmçinin hər iki universitetin kitabxanaları arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, UNEC rektoru şəxsi kitabxanasından Qarabağ Universitetinə 500 kitab hədiyyə edib. Bu təşəbbüsün tələbə və müəllimlərin elmi resurslara çıxış imkanlarını genişləndirəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:06]
BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
- 10.08.2026 [15:59]
Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır
- 10.08.2026 [15:29]
UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub
- 10.08.2026 [15:20]
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə
- 10.08.2026 [14:31]