UNEC-in 90 illik yubileyində daha bir uğuru
Bakı, 29 iyun, AZƏRTAC
RUR reytinq agentliyi bu il iyunun 29-da dünya universitetlərinin ixtisaslar üzrə reytinqini açıqlayıb.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) AZƏRTAC-a bildiriblər ki, dünya universitetlərinin müxtəlif ixtisaslar üzrə daxil olduğu reytinq sıralamasında bu ali təhsil ocağı daha bir uğura imza atıb. Belə ki, Texniki elmlər ixtisası sahəsində UNEC dünya üzrə 718-ci, Azərbaycanda isə birinci yerdə qərarlaşıb. Həmçinin Təbiət elmləri ixtisası üzrə UNEC dünyada 692-ci, Azərbaycanda isə ikinci yerə yüksəlib.
Qeyd edək ki, RUR reytinq agentliyi 2013-cu ildə fəaliyyətə başlayıb və baş ofisi Moskva şəhərində yerləşir. Agentlik hər il dünya universitetlərinin reytinqini və ixtisaslar üzrə sıralamasını təyin edir. Dünyanın 82 ölkəsindən 1100-dən artıq universitetin fəaliyyətini 20 göstərici və 4 sahə - təhsil, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə dayanıqlığı üzrə qiymətləndirir. Agentlik universitetlərin tədqiqat fəaliyyətini “Calrivate” şirkətinin tədqiqat bazaları əsasında ölçür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]
“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib
- 07.10.2026 [16:29]