UNEC-in 90 illik yubileyinə həsr olunan şahmat turniri keçiriləcək
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman klubunun təşkilatçılığı ilə UNEC-in 90 illik yubileyinə həsr olunan onlayn şahmat turniri keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, şahmat turniri iyunun 8-də saat 11:00-da “Chess.com” saytı üzərindən təşkil olunacaq. Turnir UNEC tələbələri arasında 3 mərhələdən ibarət olacaq. Bütün iştirakçılar eyni vaxtda oyuna başlayacaqlar. Bir oyunun müddəti hər oyunçuya 5 dəqiqə və hər gedişə görə +3 saniyə əlavə vaxt veriləcək. İştirakçıların say tərkibi mayın 27-dən iyunun 7-dək qeydiyyatdan keçənlərin sayına uyğun olaraq müəyyən ediləcək. Yarışlar oyunçuların sayından asılı olaraq “İsveçrə sistemində” keçirilir.
Qaliblərə diplom, medal və hədiyyələr təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:07]
AMEA-da elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsi üzrə yeni model
- 18.06.2026 [16:25]
Nazir: Türkiyə dostluq körpüləri vasitəsilə ortaq gələcəyi qurur
- 18.06.2026 [16:20]