UNEC-in professoru Minskdə keçirilən beynəlxalq konfransda çıxış edib
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Belarus İqtisadiyyat Nazirliyinin İqtisadiyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Minskdə “Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və dövlət tənzimlənməsi problemləri” mövzusunda keçirilən XXIV beynəlxalq elmi konfransda iştirak edib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Elmi Fəaliyyətin Təşkili və İdarəedilməsi Departamentinin direktoru iqtisad elmləri doktoru, professor Zahid Məmmədov konfransın plenar iclasında Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan, eləcə də UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin fəaliyyəti və universitetin elmi fəaliyyətinin inkişafı istiqamətində tətbiq olunan innovativ yeniliklər barədə təqdimatla çıxış edib.
Konfransda dünyanın aparıcı alim və ekspertləri, xarici mütəxəssislər, Belarus Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri, işgüzar dairələr, beynəlxalq ictimai təşkilatların və Ali təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [18:23]
Novosibirskdə azərbaycanlı alim Rifat Hüseynovun xatirəsi yad edilib
- 20.05.2026 [18:12]
BDU-nun 348 tələbəsi WUF13-də könüllü kimi fəaliyyət göstərir
- 20.05.2026 [18:05]
Şəki folkloruna dair yeni kitab işıq üzü görüb
- 20.05.2026 [17:50]
Ədəbiyyatşünas-alimin yaradıcılığından bəhs edən kitabların təqdimatı olub
- 20.05.2026 [17:22]