UNICEF: Britaniyada yeniyetmələr xoşbəxt deyil

London, 14 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) son hesabatına görə, britaniyalı yeniyetmələr dünyada həyatlarından ən az razı qalan gənclər arasındadır.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, qlobal miqyasda aparılan tədqiqat Böyük Britaniyanı uşaq rifahı və yeniyetmələrin xoşbəxtlik səviyyəsinə görə ən aşağı sıralardan birinə yerləşdirib. 2018–2022-ci illəri əhatə edən hesabatda müxtəlif göstəricilər üzrə aparılan müqayisələr göstərib ki, bu illər ərzində dünyada uşaqların məktəbdə zəif nəticələr göstərməsi, piylənmədən əziyyət çəkməsi və ümumən narazı olmaları artıb. Yüksəkgəlirli ölkələr arasında həyatından yüksək razılıq bildirən yeniyetmələrin faizinə görə Böyük Britaniya sondan ikinci yeri bölüşür. Bu göstərici əvvəlki illərlə müqayisədə 64 faizdən 62 faizə düşüb. Araşdırmaya əsasən, qızlar oğlanlara nisbətən həyatlarından daha çox narazılıq ifadə edirlər.
Britaniya bu göstəricidə yalnız Türkiyədən bir qədər yaxşı nəticə göstərib və Çili ilə eyni səviyyədə qərarlaşıb. Uşaq rifahı üzrə isə Böyük Britaniya 36 ölkə arasında 21-ci yerdədir. Fransa, İspaniya və Portuqaliya kimi ölkələr isə ən yüksək nəticələrə malikdir. Hesabatda Rumıniya, Slovakiya, Litva və Macarıstan da Britaniyadan daha yüksək mövqedədir. Niderland və Finlandiya isə uşaqlar üçün ən yaxşı ölkələr kimi ilk iki yerdə qalmaqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2025 [13:56]
Pentaqon: ABŞ-ın İrana zərbə endirmək planı yoxdur
- 17.06.2025 [13:49]
Gürcüstanın Milli Təhlükəsizlik Şurası ləğv ediləcək
- 17.06.2025 [13:47]
İtaliya və Türkiyə şirkətləri PUA istehsal edəcək birgə müəssisə yaradır
- 17.06.2025 [13:23]
G7 liderləri Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər
- 17.06.2025 [13:19]
ABŞ Yaxın Şərqə daha bir aviadaşıyıcı gəmi göndərib
- 17.06.2025 [12:44]