“Universitet və fərqli biznes sahələri arasında əməkdaşlıq imkanları” mövzusunda virtual konfrans keçiriləcək
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə “Universitet və fərqli biznes sahələri arasında əməkdaşlıq imkanları” mövzusunda virtual konfrans keçiriləcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, virtual konfrans Böyük Britaniya və Azərbaycanda yerləşən universitetləri, o cümlədən yaradıcı iş dünyasının nümayəndələrini bir araya gətirəcək, Azərbaycanda universitet - biznes sahələri arasında əməkdaşlığın möhkəmləndirilməsi mövzusu ətrafında ideyalar irəli sürüləcək.
Konfrans iştirakçıları, həmçinin “Azərbaycanda startapların yenilənmə dinamikası və istedad əksikliyi” mövzusunda öz fikirlərini bölüşəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]