Ursula Fon der Lyayen: Qərb tərəfdaşları Ukraynaya yardımı davam etdirməlidir
Kiyev, 16 yanvar, AZƏRTAC
Qərb tərəfdaşları Ukraynaya yardımı davam etdirməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı söyləyib.
“Biz onların müqavimətini gücləndirməkdə davam etməliyik. Ukraynalıların 2024-cü il və ondan sonrakı dövrdə proqnozlaşdırıla bilən maliyyəyə ehtiyacı var”, - deyə Avropa Komissiyasının rəhbəri bildirib.
O qeyd edib ki, Ukrayna Rusiyanı məğlub edə bilər, lakin tərəfdaşlar onun müdafiə qabiliyyətini gücləndirməkdə davam etməlidirlər.
Ursula Fon der Lyayen deyib: “Ukraynalılara ölkəsini qorumaq və onun qanuni ərazisini qaytarmaq üçün daimi silah təchizatı lazımdır. Onlara Rusiyadan gələcək hücumların qarşısını almaq üçün imkanlar lazımdır. Həm də onlara ümid lazımdır”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]