UŞAQ BAĞÇALARININ FƏALİYYƏTİ DİRÇƏLDİLƏCƏKDİR
Nazir Misir Mərdanovun sözlərinə görə, məqsəd məktəbəqədər tərbiyə müəssisəsi olan uşaq bağçalarının fəaliyyətini dirçəltməkdir. O qeyd etmişdir ki, adətən məktəbə bağçadan gedən uşaq tədris materialını daha yaxşı mənimsəyir. Bunu xarici ölkələrin təcrübəsi də aydın göstərir. Məsələn, Finlandiyada uşaqların 98 faizi birinci sinfə bağçalardan gedir. Asiya İnkişaf Bankı ilə danışıqlar aparılmışdır. Müvafiq razılıq əldə olunduqdan sonra sahənin inkişafı ilə əlaqədar 5 illik pilot layihəsi həyata keçiriləcəkdir. Layihənin dəyəri 18-20 milyon ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]