Uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları beynəlxalq yarışda yüksək nəticələr qazanıb
Bakı, 17 may, AZƏRTAC
Uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları beynəlxalq yarışda yüksək nəticələr əldə edib.
AZƏRTAC Təhsil Nazirliyinin saytına istinadla xəbər verir ki, Türkiyənin Trabzon şəhərində boks idman növü üzrə 2006-2007-ci, 2008-2009-cu il təvəllüdlü yeniyetmə oğlanlar arasında beynəlxalq turnir keçirilib.
Turnirdə Azərbaycan, Türkiyə və Gürcüstan komandalarından ibarət 82 idmançı mübarizə aparıb.
Yarışda iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları 8 qızıl, 2 gümüş, və 1 bürünc olmaqla, ümumilikdə 11 medal qazanıb.