UŞAQLAR ÜÇÜN İFTAR SÜFRƏSİ AÇILMIŞDIR
Yüzdən artıq uşağın iştirak etdiyi xeyriyyə tədbirində qurumun sədri Bəxtimşah Tağıyeva bu müqəddəs ayda uşaqları sevindirməyin, onların dərdinə şərik olmağın, ehtiyaclarının ödənilməsinə, qismən də olsa, kömək göstərilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Bu tədbirin keçirilməsinin ənənəvi yardımçılarına minnətdarlığını bildirən B.Tağıyeva uşaqlara ərzaq məhsulları və bayram hədiyyələri də təqdim etmişdir.