Uşaqların normadan artıq meyvə şirəsi istehlakı bədənlərində kütlə indeksinin artmasına səbəb olur
Bakı, 18 yanvar, AZƏRTAC
Uşaqların gündəlik normadan artıq təmiz meyvə şirəsi istehlakı bədənlərində kütlə indeksinin artmasına səbəb ola bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı kanadalı tədqiqatçılar araşdırma aparıblar.
Toronto Universitetinin Qidalanma Elmləri Departamentinin əməkdaşı Vasanti Malik və onun həmkarları gündəlik qəbuldan əlavə təmiz meyvə şirəsi içən uşaqlar və böyüklər haqqında məlumatları ehtiva edən 42 araşdırmanı təqdim edib. Tədqiqatların təhlili nəticəsində alimlər gündəlik miqdardan çox meyvə suyu içən uşaqların bədən kütlə indeksinin dəyişməyə səbəb olduğunu bildiriblər. Müayinə nəticəsində 11 yaşa qədər uşaqlar tərəfindən istehlak edilən təxminən hər 240 millilitr meyvə şirəsinin bədən kütləsi indeksində daha böyük fərqə səbəb yaratdığı müşahidə olunub. Bundan başqa, yetkinlərin şəkər əlavə etmədən təmiz meyvə şirəsi istehlakı ilə çəki artımı arasında əlaqə olduğu da ortaya çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]