ÜST “AstraZeneca” peyvəndinin istifadəsini tövsiyə edib
Cenevrə, 18 mart, AZƏRTAC
Avropa ölkələri Avropa Dərman Agentliyinin (EMA) “AstraZeneca” şirkətinin koronavirus əleyhinə peyvəndi barədə qərarını gözlədiyi vaxtda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu peyvəndin istifadəsini aydın şəkildə tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq təşkilat bu peyvəndin üstün tərəflərinin risklərdən daha çox olduğunu bəyan edib. Qeyd edilib ki, ÜST-ün peyvəndlərlə bağlı məsləhətçi qremiyası “AstraZeneca” peyvəndinə dair ən yeni təhlükəsizlik məlumatlarını araşdırır və araşdırma başa çatan kimi nəticələr ictimaiyyətə elan ediləcək.
Həmçinin qeyd edilib ki, COVID-19-a qarşı aparılan vaksinasiya digər səbəblərdən yaranmış xəstəlik və ölüm hallarının reduksiyasına xidmət etmir. “Venalarda tromb emboliyası dünyada ən çox yayılmış qan-damar xəstəlikləri arasında yer alır”, - deyə ÜST-ün açıqlamasında bildirilir. Lakin peyvəndlə zaman etibarilə eyni vaxta düşən hallar heç də peyvəndin birbaşa təsiri kimi dəyərləndirməməlidir.
Qeyd edilməlidir ki, martın 18-də Avropa Dərman Agentliyi “AstraZeneca” peyvəndinin təhlükəsizliyinə dair öz araşdırma nəticələrini açıqlamalıdır. Agentliyin rəhbəri Emer Kuk bu peyvəndin faydalı olduğuna dərindən əmin olduğunu bildirib və qanda laxtalanmaya məhz peyvəndin səbəb olduğuna dair heç bir göstəricinin olmadığını söyləyib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]