ÜST: Sudandakı qarşıdurmalarda 12 mindən çox insan öldürülüb
Bakı, 18 dekabr, AZƏRTAC
Sudanda aprel ayından bəri davam edən münaqişə zamanı 12,5 mindən çox insan həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, münaqişə zamanı 6,88 milyon sudanlı evlərini tərk edib. Onlardan 5,42 milyondan çoxu Sudan daxilində sığınacaq axtarır, 1,45 milyonu isə ölkəni tərk edib. 24,7 milyon sudanlının humanitar dəstəyə, 11 milyon insanın isə təcili tibbi yardıma ehtiyacı var.
Bəzi bölgələrdə yoluxucu xəstəliklərin baş verdiyi bildirilir. Doqquz ştatda 6,939 vəba hadisəsi və xəstəlikdən 200 ölüm hadisəsi qeydə alınıb. 11 ştatda qızılca aşkarlanıb: 3557 nəfər xəstələnib, 105 nəfər ölüb. Denqe xəstəliyinin yayılması ilə bağlı xəbərlər 10 ştatdan gəlib: yoluxmaların sayı 6371-ə çatıb, 60 nəfər ölüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]