İDMAN
Uşuçularımız Balkan çempionatında uğurla çıxış ediblər
![](/files/galleryphoto/2022/3/1200x630/16655798561002319321_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655798565987655533_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/166557985673638241_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Türkiyənin Afyon şəhərində uşu-kunq fu üzrə Balkan çempionatı keçirilib.
Azərbaycan Uşu Federasiyasından AZƏRTAC-a bildiriblər ki, komandamız yarışda gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elçin Eminov və məşqçi Rəşad İsayevin rəhbərliyi altında iştirak edib. Yarışın yekunlarına görə, yeniyetmələr arasında Hüseyn Məmmədov (42 kq), Sabir Məmmədov (36 kq), Tunar Rüstəmzadə (39 kq) və Xəyal İbrahimov (36 kq) birinci yerə çıxıblar.
Gənclərin yarışında isə Raul Qasımzadə (56 kq) gümüş, Bahadur Əhmədov (65 kq), Amal Məmmədov (52 kq), Pərviz Abiyev (56 kq) bürünc medal qazanıblar.
Böyüklər arasında dördqat Avropa çempionu, İslam Oyunlarının bürünc və gümüş mükafatçısı Elçin Eminov (65 kq) qızıl medala sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [22:06]
Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb
- 02.07.2024 [22:02]
Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb
- 02.07.2024 [21:36]
Azərbaycan güləşçisi Avropa üçüncüsü olub
- 02.07.2024 [20:59]
Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb
- 02.07.2024 [17:57]
“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]