UWW prezidenti: Güləşçilərə arzum budur ki, Azərbaycanın od-alovundan ilham alsınlar
Bakı, 27 iyul, AZƏRTAC
Gənc yaş kateqoriyasında mübarizə aparan idmançılara arzum budur ki, Azərbaycanın bu od-alovundan ilham alsınlar, ürəklərindəki, ruhlarındakı və ambisiyalarındakı alovu daim qoruyub saxlasınlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç Bakıda keçirilən U-17 dünya çempionatının açılış mərasimində çıxışı zamanı deyib.
"Burada çıxış edən güləşçilər elə bir yaşdadırlar ki, 2032-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Brisbendə onları yenidən görə bilərik. İnanırıq ki, orada bu gün göstərdiyiniz əzmə, zəhmətə və qazandığınız təcrübəyə görə mükafatlandırılacaqsınız", - deyə qurum rəsmisi bildirib.
O, yarışın keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]