ÜZƏN KRAN DƏNİZƏ YOLA SALINMIŞDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, avqustun 14-də göyərtəsində 53 metr hündürlüyündə buruq, 72 nəfər üçün nəzərdə tutulmuş 3 mərtəbəli yaşayış evi, vertolyot meydançası, həmçinin, güclü nasoslarla təchiz edilmiş iki texnoloji modul və başqa metal konstruksiyalar yerləşdirilmiş “General Əliağa Şıxlinski” üzən kran gəmisi Neft daşlarında tikilən 1887 nömrəli platformaya yaxınlaşmış və həmin qurğuların boşaldılmasına başlanmışdır.
Platformada bundan əvvəl “Xəzər-4” üzən qazma qurğusundan qazılmış 3 qabaqlayıcı quyu artıq yüksək hasilatla istismara verilmişdir. Həmin quyulardan gündə 360 ton neft alınır.
Bu platformadan yaxın illərdə ümumilikdə 32 quyunun qazılması nəzərdə tutulmuşdur. Həmin quyulardan ikisi ilin sonunadək qazılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]