ÜZEYİR HACIBƏYOVUN 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS
Tanınmış mədəniyyət, incəsənət və təhsil işçilərinin iştirak etdiyi tədbirdə böyük sənətkarın zəngin həyat və yaradıcılığına dair videofilm göstərilmiş, professorlar Nizaməddin Şəmsizadə və Ələkbər Məmmədovun məruzələri dinlənilmişdir.
Natiqlər əbədiyaşar sənətkarın mədəniyyət və incəsənətimizin inkişafındakı müstəsna rolundan, dünya şöhrətindən danışmış, işıqlı xatirəsinin daim əziz tutulduğunu söyləmişlər.
Xalq artistləri Qərinə Kərimova, Canəli Əkbərov, əməkdar artist Gülyanaq Məmmədova və digər sənətçilərin ifasında böyük bəstəkarın əsərlərindən parçalar səslənmişdir.