ÜZGÜÇÜLÜK ÜZRƏ RESPUBLİKA SEÇMƏ YARIŞLARI KEÇİRİLMİŞDİR
2006-cı ildə Romada keçiriləcək gənclər arasında Avropa Xüsusi Yay Oyunlarına hazırlıq məqsədi ilə təşkil olunmuş respublika turnirində idmançılar 25 metr məsafəyə əşya ilə sərbəst üsulla, 25, 50 və 100 metr məsafələrə sərbəst üsulla və həmin məsafələrə arxası üstə və brass üsulu ilə üzməkdə mübarizə aparmışlar.
İkigünlük yarışlarda Sabunçu rayonu 11 saylı yardımçı internat məktəbinin yetirmələri birinci, Nizami rayonu 3 saylı yardımçı internat məktəbinin şagirdləri ikinci, Əzizbəyov rayonu 16 saylı xüsusi internat məktəbinin idmançıları isə üçüncü yerə çıxmışlar.
Xatırladaq ki, oktyabrın əvvəlində xüsusi olimpiyaçılar arasında yüngül atletika turniri keçirilmişdi, ilin sonunadək isə futbol və basketbol üzrə respublika seçmə yarışlarının təşkili nəzərdə tutulur.