VALENSİYA ŞƏHƏRİNDƏ AVROPA OLİMPİYA KOMİTƏSİNİN 36-CI BAŞ MƏCLİSİ KEÇİRİLMİŞDİR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İspaniyanın Valensiya şəhərində Avropa Olimpiya Komitəsinin 36-cı Baş Məclisi keçirilmişdir.
Azərbaycan nümayəndələrinin də qatıldığı məclisdə İspaniyanın Kralı Xuan Karlos, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana çıxış etmişlər.
Nümayəndələrimiz 2016-cı il Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə iddialı olduğumuz bir ərəfədə sənədlərin hazırlanması prosesi ilə yaxından tanış olmuş və namizədliyin qəbulu üçün hazırlanan sifariş kitabı ilə bağlı ölkəmizi maraqlandıran suallara cavab almışlar.
Tədbirdə Avropa Gənclərinin 2009-cu ildə Polşanın Beskidi, 2011-ci ildə Çexiyanın Liberets şəhərlərində keçiriləcək Qış Olimpiya festivallarına və 2009-cu ildə Finlandiyanın Tampere, 2011-ci ildə isə Türkiyənin Trabzon şəhərlərində keçirilməsi nəzərdə tutulmuş Yay Olimpiya festivallarına hazırlıqla bağlı məlumatlar dinlənilmişdir.
Avropa Olimpiya Komitəsinin 37-cı Baş Məclisinin 2008-ci ildə İstanbulda keçirilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]