Vanessa Brayant pilot Ara Zobayanı səhlənkarlıqda ittiham edib
Vaşinqton, 25 fevral, AZƏRTAC
MBA basketbolçusu Kobi Brayantın dul xanımı Vanessa Brayant həyat yoldaşı, qızı və digər 7 nəfərin ölümünə səbəb olmuş helikopter qəzasına görə helikopterin məxsus olduğu şirkəti məhkəməyə verib.
AZƏRTAC xəbər verir ki, o, Los-Anceles dairəsinin ali məhkəməsində “Island Express Holding Corp.” və “Island Express Helicopters” şirkətlərinə qarşı iddia qaldırıb.
İddiaya görə, şirkət hava şəraitinin əlverişsiz olduğu bir vaxtda helikopterin uçmasına icazə verib. Sənəddə deyilir: “İttiham olunan “Island Express Helicopters” şirkətinin helikopterin təhlükəli hava şəraitində uçacağı barədə məlumatı vardı. Bununla belə, o, uçuşa icazə və istiqamət verib”.
İddiada, həmçinin qeyd olunub ki, avaiqəzada həlak olmuş pilot Ara Zobayan qatı dumanda saatda 290 kilometr sürətlə (saatda 180 mil) uçub. Helikopterin içindəkilər Zobayanın səhlənkar davranışı nəticəsində həlak olublar.
Xatırladaq ki, Kobi Brayant və onun 13 yaşlı qızı Cianna yanvarın 26-da Los-Anceles yaxınlığındakı Kalabasas şəhərində helikopter qəzasında həlak olublar.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]