VAQİF MUSTAFAZADƏNİN XATİRƏ İŞIĞINDA
Martın 16-sı tanınmış cazmen Vaqif Mustafazadənin doğum günü onun adını daşıyan Xeyriyyə Fondunun təşəbbüsü ilə Caz klubda sənətkarın xatirə konserti keçirilmişdir.
Fonddan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konsertdə muğamlarımızı caz musiqisi ilə məharətlə sintez etmiş Vaqif Mustafazadənin yaradıcılığından söhbət açılmış, “Caz” ansablının və digər tanınmış caz sənətçilərinin ifasında bir vaxtlar böyük sənətkarın repertuarını bəzəmiş musiqi nömrələri çalınmış, onun lent yazıları səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]