Varşava Universitetinin tələbələri 20 Yanvar faciəsi haqqında məlumatlandırılıblar
Bakı, 28 yanvar, AZƏRTAC
Varşava Universitetinin şərqşünaslıq fakültəsində 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar tələbələrin iştirakı ilə anım mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.
Tədbir Azərbaycanın Polşadakı səfirliyinin və Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi diaspor təşkilatının təşəbbüsü ilə təşkil edilib.
Mərasimdə çıxış edən səfirliyin müşaviri Ülvi Baxşəliyev faciə haqqında tələbələrə məlumat verib. O, 20 Yanvar faciəsindən sonrakı dövrdə ölkəmizdə cərəyan etmiş siyasi proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində ölkəmizin işğal olunmuş əraziləri haqqında danışıb.
Mərkəzin sədri Şəhla Kazımova xalqımızın 20 Yanvar faciəsi zamanı verdiyi qurbanlar haqqında məlumat verib. Tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb, səfirlik tərəfindən hazırlanmış müvafiq materiallar onlara təqdim edilib. Tədbirin sonunda 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.
Səfirliyin 20 Yanvar faciəsi ilə bağlı hazırladığı press-reliz Polşa Xarici İşlər Nazirliyinə, bu ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]