Vaşinqton Polşa ordusunun modernləşdirilməsinə 2 milyard dollar kredit ayırıb
Bakı, 26 sentyabr, AZƏRTAC
ABŞ və Polşa arasında Polşa silahlı qüvvələrinin modernləşdirilməsi üçün 2 milyard dollarlıq kreditin ayrılması haqqında saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı yazılı açıqlamada deyilir.
“Bu gün Birləşmiş Ştatlar Polşanın müdafiə sisteminin modernləşdirilməsini dəstəkləmək üçün Xarici Müdafiənin Maliyyələşdirilməsi Proqramı çərçivəsində 2 milyard dollar dəyərində Birbaşa Kredit Sazişinin imzalandığını məmnuniyyətlə elan edir. Polşa ABŞ-ın etibarlı müttəfiqidir və onun təhlükəsizliyi NATO-nun kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir", - deyə açıqlamada bildirilir.
Sənəddə deyilir ki, Varşava Polşa silahlı qüvvələrinin tərkibini önəmli dərəcədə genişləndirməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:45]
Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb
- 01.10.2026 [17:14]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [16:44]
Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb
- 01.10.2026 [16:11]