Vaşinqtonda tarixi İpək Yolunun əhəmiyyəti müzakirə olunub
Vaşinqton, 11 fevral, AZƏRTAC
Fevralın 10-da Azərbaycanın Vaşinqtondakı səfirliyində “Tarixi İpək yolu üzərində yerləşən ölkələrin regional nəqliyyat infrastrukturlarının inkişafına və bunun region ölkələri arasında ticarətin və əməkdaşlığın inkişafına təsiri” mövzusuna həsr edilən “dəyirmi masa” keçirilib.
Azərbaycan səfirliyinin təşəbbüsü ilə reallaşan tədbirdə ABŞ hökumətinin nümayəndələri - dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavininin baş köməkçisi Riçard Hoqland, Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Erik Rubin və ABŞ Nəqliyyat Komandanlığı rəhbərinin müavini Vitse Admiral Uilyam Braun iştirak ediblər. Tədbirə, həmçinin Gürcüstan, Qazaxıstan, Türkmənistan və digər ölkələrin Vaşinqtondakı səfirləri, eləcə də diplomatik korpusun təmsilçiləri qatılıblar.
“Dəyirmi masa”da regional nəqliyyat infrastrukturu məsələləri, eləcə də qarşılıqlı əməkdaşlığı əhatə edən mövzular müzakirə olunub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [17:18]