VAXT ÖTDÜKCƏ AZƏRBAYCANIN MÖVQEYİ DAHA DA MÖHKƏMLƏNƏCƏK VƏ SƏRTLƏŞƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, həmin sözləri Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada Karl Bertelsmann Fondunun binasında “Demokratiya çağırışı” mövzusunda keçirilən müzakirələrdə səsləndirmişdir. Prezident vurğulamışdır ki, Azərbaycan iqtisadi baxımdan olduqca güclü ölkəyə çevrildikdən sonra hərbi əməliyyatlar haqqında düşünmək mütləq xarakter daşımayacaqdır. Yəni ərazi bütövlüyümüzün bərpa edilməsi üçün bir çox digər vasitə və yollar mövcud olacaqdır. Ermənistan rəhbərliyi bunu nə qədər tez başa düşsə, onların özləri üçün bir o qədər yaxşı olacaqdır. Vaxt ötdükcə bizim mövqeyimiz daha da möhkəmlənəcək və sərtləşəcəkdir. Prinsip etibarilə bu münaqişə regional inkişafa olan əsas təhlükədir. Xüsusən də regionumuzda son illər ərzində aparılan böyük əməkdaşlıq layihələrini nəzərə alsaq, bu münaqişə ən böyük potensial təhlükədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]