Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Veçerni Bişkek” qəzeti Ermənistanın siyasi manipulyasiyaları haqqında məqalə dərc edib

“Veçerni Bişkek” qəzeti Ermənistanın siyasi manipulyasiyaları haqqında məqalə dərc edib

Bakı, 8 sentyabr, AZƏRTAC

Qırğızıstanın “Veçerni Bişkek” qəzeti Laçın yolu ətrafında vəziyyət və Ermənistanın siyasi manipulyasiyaları haqqında məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı əsnasında Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın-Xankəndi marşrutunun gömrük və sərhəd rejiminə əməl olunmaqla istifadə ediləcəyi barədə fikirləri yer alıb.

Sonra Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilova istinadla yaranmış vəziyyətin təfərrüatları diqqətə çatdırılıb. Məqalədə vurğulanır ki, Ermənistan Azərbaycan ərazisindən tam şəkildə çıxarmadığı hərbi birləşmələrinin təchizatı və saxlanması imkanlarından məhrum olması, həmçinin təbii ehtiyatların qeyri-qanuni hasilatını həyata keçirməyin mümkün olmadığı reallığı ilə barışa bilmir, bu səbəbdən beynəlxalq ictimaiyyətə yanlış məlumatlar verir. Bu ölkə gərginliyi süni şəkildə artırır, etnik nifrəti təbliğ edərək faktları təhrif edərək, “blokadalar” və “humanitar böhranlar” haqqında yalanlar yaymaqda davam edir. Hadisələrin inkişafı göstərir ki, İrəvan münaqişəyə xarici gücləri cəlb etməyə çalışır və normallaşma prosesini, habelə sülh sazişinin imzalanmasını sonsuzadək uzatmağa cəhd edir.

Azərbaycan diplomatı vurğulayır: “Bu, həmişə gündəmdə olan bir sualdır: Ermənistan niyə vəziyyəti gərginləşdirir, Azərbaycanın sülh təşəbbüslərinə məhəl qoymur? Səbəb ondan ibarətdir ki, Ermənistanın əvvəlki məqsədləri azacıq da dəyişməyib. İrəvan, sadəcə olaraq, daha əlverişli məqamı gözləyir, bunun üçün 30 il ərzində danışıqlar prosesini uzatdığı kimi, indi də məsələni beynəlmiləlləşdirir, imkan yaranarsa, sözdə status məsələsini yenidən gündəmə gətirmək istəyir. Amma bu, heç vaxt baş tutmayacaq”.

Məqalədə qeyd edilir: “Azərbaycan Prezidenti İlham Əliyevin erməni əhalisinin ölkəmizin tamhüquqlu vətəndaşları olması barədə bəyanatına rəğmən Ermənistan bütün dünyaya car çəkir ki, guya Azərbaycan Qarabağın erməniəsilli sakinlərini blokadada saxlayır və orada əsl humanitar böhran mövcuddur. Məhz belə olan vəziyyətdə Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Qarabağın erməniəsilli əhalisinə 40 ton un göndərib. Lakin həmin yük bir həftədən artıqdır ki, Ağdam-Xankəndi yolunda qalıb. Trası bağlayan erməni separatçıları bildirirlər ki, “heç bir vəchlə, hətta acından ölsələr belə”, bu yükü buraxmayacaqlar. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tamamilə düzgün qeyd edib ki, Laçın yolu ətrafında vəziyyət humanitar deyil, siyasi xarakter daşıyır”.

Qırğız nəşrinin məqaləsində deyilir: “Əslində, əgər Xankəndidəki ermənilərin çörəyi yoxdursa, onda cəmi 20 kilometrlik məsafədə gözləyən onlarla ton unu niyə buraxmırlar? Yəni, “Qarabağ ermənilərinin aclıq təhlükəsi ilə üzləşməsi” haqqında saxta erməni təbliğatı tipik siyasi möhtəkirlikdir, onun məqsədi isə Azərbaycana öz əraziləri üzərində tam suverenliyini bərpa etməyə əngəl törətməkdir”.

Lətif Qəndilov qeyd edir: “Beynəlxalq humanitar normalara əsasən, bu və ya digər ölkəyə göndərilən hər hansı humanitar yardım gömrük rüsumlarından azad edilir. Amma Azərbaycan müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yerləşən öz ərazilərində humanitar fəlakətin olduğunu bəyan etməyib. Müvafiq olaraq, Bakı xaricdən humanitar yardımın göstərilməsinə çağırmayıb. Xankəndidə olan separatçı rejimin nümayəndələrinin sözdə “humanitar böhran” haqqında bəyanatlarına gəldikdə, onların heç bir əsası yoxdur, çünki Azərbaycan Ağdam-Xankəndi yolu ilə tədarükləri həyata keçirməklə, Qarabağ ermənilərini fasiləsiz olaraq zəruri olan hər şeylə təmin etməyə hazırdır”.

Onun sözlərinə görə, Bakının tələbləri aşağıdakılardan ibarətdir: Qarabağın erməniəsilli sakinlərinin Azərbaycanın hüquqi məkanına reinteqrasiyası prosesini başlamaq zəruridir, bu, Xankəndidəki separatçı rejimin, həmçinin Ermənistanın birbaşa maliyyələşdirdiyi qeyri-qanuni hərbi birləşmələrin ləğv edilməsi ilə müşayiət olunmalıdır.

Səfir sonda deyib: “Daha bir mühüm, hətta çox vacib məqam ondan ibarətdir Laçın yolu haqqında danışanda, Naxçıvana yolun açılması məsələsini ümumiyyətlə unutmağa çalışırlar. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulub: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir