Vəhşi quşu qanunsuz saxlayan paytaxt sakini cərimələnib
Bakı, 11 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində reyd keçirilib.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Bakı şəhər sakini Taleh Cəfərquliyev Qaradağ rayonu Şıxov çimərliyinin sahil zolağında vəhşi qırğı quşunu gəzdirərkən saxlanılıb.
Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib.
Qırğı quşu Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quş baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]