Vəkil: Sarkozi Makrondan əfv olunmasını istəməyəcək
Bakı, 26 sentyabr, AZƏRTAC
Beş il həbs cəzasına məhkum edilmiş Fransanın sabiq prezidenti Nikola Sarkozi ölkənin indiki prezidenti Emmanuel Makrondan əfv istəmək niyyətində deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə Sarkozinin vəkili Jan-Mişel Darrua BFM telekanalına müsahibəsində bildirib. “O, təqsirsizliyini nümayiş etdirmək istədiyi üçün əfv istəmək barədə düşünmür”, - deyə vəkil vurğulayıb. Onun sözlərinə görə, Sarkozinin cəzası hüquqi baxımdan əsassızdır. Belə ki, müdafiə etdiyi şəxs iki əsas ittiham – seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi və korrupsiya ittihamları üzrə bəraət alıb.
Xatırladaq ki, dünən Paris məhkəməsi sabiq prezident Nikola Sarkozini 2007-ci il kampaniyası ilə bağlı 5 il həbs cəzasına məhkum edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]