VENESUELA ABŞ-IN ÜZRXAHLIĞINI RƏDD ETMİŞDİR
ABŞ Dövlət Departamenti nazir Nikolas Madurodan üzr istəmişdir. O, vətənə qayıdarkən Nyu-York hava limanında 90 dəqiqə saxlanılmışdır. Xatırladaq ki, nazir BMT Baş Məclisinin sessiyasında iştirak edirdi. Maduro demişdir ki, onu təhqir etmiş, üst-başını axtarmış və bununla da beynəlxalq hüquq normalarını pozmuşlar. Venesuela Prezidenti Huqo Çaves Nikolas Maduronun saxlanılmasını fitnəkarlıq adlandırmışdır.
Nazir bildirmişdir ki, ABŞ-ın üzr istəməsi kifayət deyildir. O demişdir ki, bizi saatyarım saxlamış və polis tərəfindən döyülə biləcəyimizlə hədələmişlər. Buna görə ABŞ hökuməti məsuliyyət daşıyır.
ABŞ hökuməti əvvəllər Nikolas Maduronun saxlanılması və ondan sənədlərinin alınması faktını inkar edirdi. Lakin sonra Dövlət Departamenti hadisənin baş verdiyini təsdiq etmiş və üzr istəmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]