Venesuelada hərbçilər prezident seçkiləri ilə bağlı gücləndirilmiş xidmət rejiminə keçiblər
Bakı, 25 iyul, AZƏRTAC
Venesuela Silahlı Qüvvələri iyulun 28-də keçiriləcək prezident seçkiləri ərəfəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini nəzərdə tutan planın icrasına başlayıb.
AZƏRTAC Venesuela mediasına istinadla xəbər verir ki, seçkilərin təhlükəsizliyini təmin etmək üçün ölkə üzrə 380 mindən çox hərbi qulluqçu yerləşdiriləcək. Müdafiə naziri Vladimir Padrino bildirib ki, silahlı qüvvələr seçicilərin öz iradələrini azad və dinc şəkildə ifadə etməsinə zəmanət verir.
Milli Seçki Şurasının rəhbəri Elvis Amorosonun sözlərinə görə, bütün dövlət qurumları hərbçilərlə birlikdə seçki prosesini yaxından izləyəcək. Hərbçilər Milli Seçki Şurasının qərargahını, onun regional bölmələrini, seçki məntəqələrini, bələdiyyə binalarını, habelə seçki bülletenlərinin saxlandığı obyektləri mühafizə edəcəklər.
Seçkilərdə hazırkı Prezident Nikolas Maduro da daxil olmaqla, 10 namizəd mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]