“Vergi uçotu” üzrə onlayn təlimlər təşkil olunacaq
Bakı, 12 mart, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Vergi uçotu” üzrə onlayn təlimlərə müraciətlər qəbul olunur.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, iştirakçılar təlim müddətində verginin mahiyyəti, vergi uçotunun əsasları, verginin növləri, onların hesablanması ilə bağlı biliklər əldə edəcəklər. Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsini öyrənəcəklər. Müraciətlər Azərbaycanın bütün şəhər və regionlarından qəbul olunur. Təlimlər onlayn formatda keçiriləcək. Seçim zamanı regionlardan olan şəxslərə üstünlük veriləcək.
Təlimdə iştirak üçün əsas meyarlar:
- Maliyyə, mühasibatlıq, audit, vergi uçotu və ya iqtisadiyyatın digər sahələri üzrə ən azı peşə təhsili və ondan yuxarı təhsil pilləsi;
- Mühasibatlıq üzrə nəzəri və praktiki biliklərə sahib olmaq;
- “Windows” əməliyyat sistemində işləmək bacarıqları;
- Mühasibat uçotu sahəsində müəyyən təcrübənin olması üstünlükdür.
Təlim 2 ay (32 saat) davam edəcək. Seçilmiş namizədlər üçün təlimdə iştirak ödənişsizdir. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.
Təlimdə iştirak üçün müraciətlər martın 24-dək qəbul olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]